Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren
Çevrilmə
Beschreibung auf Türkisch
“Çevrilmə” novellasında bəşər tarixində hələ görünməmiş bir hadisə – insanın, daha doğrusu, ailəsini sevən, onun qayğısına qalan, canla-başla işləyən, heç vaxt valideynlərinin üzünə ağ olmayan gənc Qreqor Zamzanın gözlənilmədən dəhşətli bir həşərata çevrilməsi və bu çevrilmədən sonra başına gələn müsibətlər – hamı tərəfindən unudulması, atılması, ömrünü boş, çirkli otağında necə əzab-əziyyətlə, tək-tənha başa vurması təsvir olunur. Əksər tədqiqatçılar bu novellanı fərdlə, subyektlə xarici aləmin, onun yaşadığı mühitin münasibətlərinin uydurma, keçici olmasına həsr olunmuş uğurlu əsər kimi qiymətləndirirlər.
Əgər hər hansı təsadüf nəticəsində bu münasibətlər zəifləyirsə, deməli, insan cəmiyyətdən də, ailədən də kənara atılır, tək qalır, özgələşir. Ən dəhşətlisi də odur ki, insan düşdüyü bu vəziyyəti, onu əhatə edən mühiti dəyişməyə acizdir, gücsüzdür”.
Prof. Vilayət Hacıyev
▾ Mehr lesen▴ Ausblenden
Zum Tausch verfuegbar
0Niemand bietet diesen Tausch gerade an.
Benachrichtigen, wenn verfügbarBewertungen
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.