Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren
Cinayət və Cəza
Beschreibung auf Türkisch
Tutqun Peterburq küçələrində avara-sərgərdan dolaşan bir gənc... O, səfil, miskin, ağzıyelli bir oğlancıqdır, əliqanlı canidir, yoxsa fövqəlbəşərdir, Napoleondur, Solondur? Qanlı bir cinayət işləyir... Sələmçi qarını, Raskolnikovun öz təbirincə desək, bir biti əzib öldürür. Bəs ona cəza verilməlidirmi? Bu qətlin səbəbi və ya məqsədi nədən ibarətdir? Vicdan nədir və o, insana lazımdırmı? Raskolnikov bu dumanlı, məşum yolun axırında hansı qənaətə gələcək? Ümumiyyətlə, yolun axırına çatacaqmı, özünü dərk edəcəkmi? Bütün bu fəlsəfi, psixoloji suallara Dostoyevskinin ən məşhur romanı, şah əsəri “Cinayət və cəza”nı oxuyaraq cavab tapa bilərsiniz.
▾ Mehr lesen▴ Ausblenden
Zum Tausch verfuegbar
0Niemand bietet diesen Tausch gerade an.
Benachrichtigen, wenn verfügbarBewertungen
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.