Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren
İnsanlıq Naminə
Beschreibung auf Türkisch
Gökhan Ərgürün "İnsanlıq naminə" hekayələr kitabı müasir həyatda yaşadıqlarımızdan və bizim yaşatdıqlarımızdan bəhs edir. Bu hekayələrin ən azı birində mütləq özümüzü və ailəmizi görə bilərik. Qəhrəmanların etdiklərini biz də etmişik, onların yaşadıqlarını biz də yaşamışıq. Müəllif psixoloq olduğu üçün insan həyatının psixoloji tərəflərindən söz açır, psixoloji vəziyyətimizin həyatımıza təsirini bir mütəxəssis olaraq araşdırır və bu araşdırmanın nəticəsini bizə bədii dildə izah etməyə çalışır.
Kitabın maraqlı tərəflərindən biri də odur ki, müəllif hekayələrin bəzi hissələrini Azərbaycan ədəbiyyatında az rast gəlinən, Türkiyədə isə yazıçıların çox tətbiq etdiyi inversiyadan istifadə edərək yazıb. Bu, mətnin bədii təsirini artırmaq üçün söz sırasının qəsdən pozulmasıdır. Oxuyarkən cümlənin həm baş-ayaq olması, həm də mənanı bu qədər gözəl ifadə etməsinə təəccüblənməmək mümkün deyil. Kitabda müəllif, eyni zamanda nəsrin şeirə yaxınlaşmasının gözəl bir nümunəsini təqdim edir.
▾ Mehr lesen▴ Ausblenden
Zum Tausch verfuegbar
0Niemand bietet diesen Tausch gerade an.
Benachrichtigen, wenn verfügbarBewertungen
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.