Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren
Martin İden
Beschreibung auf Türkisch
"Martin İden" Cek Londonun sayca 21-ci romanıdır və avtobioqrafik xarakter daşıyır. Yazıçı romanda şəxsiyyətin mənəvi süqutuna çıraq tutur. Martin İden mənsub olduğu sosial təbəqədən qopub yad cisim kimi burjua dünyasına düşür, Morzlar ailəsi onun mənəvi aləmini tar-mar edir. Martin İden Cek Londonun özüdür və ən dəhşətlisi də budur ki, yazıçı bu romanda öz sonunu dəqiqliklə təsvir edib. "Martin İden" cəsarətin, gücün, ümidin, inamın, ağlın, sevginin, əməyin romanıdır. Adi bir matros olan Martin "iynə ilə gor qazaraq" dövrünün ən məşhur yazıçısına çevrilir. Ruf üçün, sevdiyi qadın üçün... Bəs Martinin itirdiyi cənnət və ya qazandığı cəhənnəm nələrdən ibarətdir? Hansı Martin daha xoşbəxt idi? "Martin İden"in özünəməxsus sehri var və çox az adam bu sehrdən yayına bilir. Romanı oxuyan insanlarda yazıçı olmağa böyük həvəs yaranır. Bir çox məşhur yazıçılara stimul verən məhz bu əsər olub. Kitabı əlinizdən yerə qoymaq o qədər də asan olmayacaq və təsirindən uzun müddət, bəlkə də, bir ömür boyu çıxa bilməyəcəksiniz.
▾ Mehr lesen▴ Ausblenden
Zum Tausch verfuegbar
0Niemand bietet diesen Tausch gerade an.
Benachrichtigen, wenn verfügbarBewertungen
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.