Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren
Pedro Paramo
Beschreibung auf Türkisch
“Pedro Paramo”nu yazsaydım, mən də yazıçılığın daşını atardım”. Xuan Rulfonun uzun illər susmağının səbəbini Qabriel Qarsia Markes belə izah etmişdi.
“Pedro Paramo” Latın Amerikasında magik realizm janrında yazılmış ilkin romanlardandı.
Xuan Presiado anasının ölümqabağı arzusuyla heç vaxt üzünü görmədiyi, adını eşitmədiyi doğma atasının – Pedro Paramonun axtarışına başlayır və beləcə yalnız kabusların yaşadığı bomboş Komala şəhərinə gəlib çıxır. Özünə gələndə anlayır ki, o, ölülər səltənətinə varid olub.
Artıq özü də ölmüş Xuan, ölülərin Komalada Pedro Paramo dönəmində baş verən hadisələr barədə pıçıltılarını eşidir. Pedro Paramonun uşaqlıqdan qocalığa qədər keçdiyi ömür yolu əsərdə nəql olunur. Yazıçı bütün bu yerlərin sahibinin – Pedro Paramonun əzazil obrazını təsvir edir. O, hər şeyə nail ola bilib, bircə uşaqlıqdan tanıdığı Susana San Xuanın sevgisini qazanmaqdan başqa…
▾ Mehr lesen▴ Ausblenden
Zum Tausch verfuegbar
0Niemand bietet diesen Tausch gerade an.
Benachrichtigen, wenn verfügbarBewertungen
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.