📚 Die globale Büchertausch-Community
Qahirədə bir kitabçı — Nadia Wassef

Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren

Qahirədə bir kitabçı

Verlag Əli və Nino Nəşriyyatı
Jahr 2021
Seiten 280 Seiten
ISBN 9789952608762
Sprache Türkisch
Kategorie Biografie

Beschreibung auf Türkisch

"Qahirədə bir kitabçı" — kitab sevgisinin, qadın azadlığının və mədəniyyət uğrunda mübarizənin səmimi hekayəsidir. Nadia Wassef – misirli feminist, sahibkar və yazıçıdır. London Universitet Kollecində İngilis dili və ədəbiyyatı, sonra Sosial Antropologiya üzrə iki magistr təhsili alıb. Nadia Wassef 2002-ci ildə bacısı Hind Vassef və rəfiqəsi Nihalla birlikdə Misirin ilk müasir kitab mağazası olan “Diwan Bookstore” şəbəkəsini təsis edib. Sahibkarlıq fəaliyyəti ona beynəlxalq nüfuz qazandırıb: “Forbes” jurnalının Yaxın Şərqdə “Ən güclü qadınlar” siyahısına düşüb, TED çıxışları edib və mədəniyyət sahəsində qadın liderliyi üzrə nüfuzlu simalardan biri sayılır. Müəllif Nadia Vassef Qahirənin mərkəzində yaratdığı “Diwan” kitab mağazasının yaranma tarixindən bəhs edərək oxucunu Misirin ictimai və siyasi atmosferinə aparır. Bu əsər sadəcə bir kitab dükanının qurulması haqqında deyil; o, həm də qadınların cəmiyyətdə öz yerini tapmaq cəhdləri, azad düşüncənin qorunması və kitabların insan həyatını necə dəyişdirə bilməsi barədə ilhamverici bir xatirədir. Səmimi dili və canlı müşahidələri ilə kitab oxucuda həm nostalji, həm də ümid hissi yaradır. “Diwan”ın və onu bağrına basan Qahirənin təsirli portreti; onu yaşayan hər kəsə ithaf olunmuş bir qəsidə. Harvard Review Karyera, həyat, sevgi, dostluq və analıq – həm də bütün bunları eyni anda uğurla çatdırmağın qeyri-mümkünlüyü haqqında unikal bir xatirə kitabı. Bu, üç qadın tərəfindən açılan və o qadınlardan birinin qələmə aldığı Qahirənin ilk müasir kitab evi olan “Diwan”ın hekayəsidir. Bir kitab evi sahibi kimi əsəri valehedici hesab edirəm. Bir oxucu kimi də eynilə... Səmimi, dürüst və yumoristik. Cenni Louson, “Broken” kitabının müəllifi

▾ Mehr lesen

Zum Tausch verfuegbar

0

Niemand bietet diesen Tausch gerade an.

Benachrichtigen, wenn verfügbar

Bewertungen

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Ähnliche Bücher