📚 Die globale Büchertausch-Community
Qiyamət — Cengiz Aytmatov

Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren

Qiyamət

Verlag Qanun Nəşriyyatı
Jahr 2013
Seiten 336 Seiten
ISBN 9789952264609
Sprache Türkisch
Kategorie Roman

Beschreibung auf Türkisch

Çingiz Aytmatov qəhrəmanlarının hər biri öz qəlbində Təbiətin bir parçasını yaşatmağa məhkumdur. Ədib «Qiyamət» adlı romanında daha irəli gedir və öz oxucusunu inandırır ki, Yer üzünün harasında olur olsun, bəşər övladının başına gələn bəlaların əsas səbəbi – elə insanın özü olmaqla yanaşı, onun Təbiətdən qoparılmağı, öz xoşuna, ya zor gücünə Təbiətdən ayrı düşməyidir… Təbiətdə cansız heç nə yoxdur. Otu-ağacı, daşı-torpağı, çeşməsi-çayı – bu gen-geniş göylərin altında Allah-taalanın nəfəs verdiyi hər şey öz öm­rünü yaşamaqdadır. Təbiətdəki mizan-tərəzi pozulandasa faciələr ayaq tutub yeriyir… Romandakı canavarlar – Ağbərə ilə Daşçeynər, həmçinin ər-arvad Bostonla Gülümkan da – yazıçının gözündə eynidir. Hər iki ailə ruzu dalınca qaçaqovda, hər ikisinin köksündə çalın-çarpaz bala dağı, yurd həsrəti, övlad qubarı… hər ikisinin dalınca da şər qarabaqara gəzir… Ç.Aytmatovun demək istədiyi bir şey də var: hansı dində olur olsun, insanın inancı elə bir baxım Təbiətdən süzülüb gəlir. İmanlı olmaq hər şeydən əvvəl Allah-taalanın Yer üzündə yaratdıqlarına – ağacına, otuna-çiçəyinə, dağına-daşına, torpağına-suyuna iman gətirmək, Tanrının nəfəs verdiyi hər şeyə baxıb sevinmək, şükürlər etməkdir.

▾ Mehr lesen

Zum Tausch verfuegbar

0

Niemand bietet diesen Tausch gerade an.

Benachrichtigen, wenn verfügbar

Bewertungen

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Ähnliche Bücher