Melden Sie sich an — wir schließen die Aktion für Sie ab. Kein Konto? Registrieren
Svannın Eşqi
Beschreibung auf Türkisch
Başqa dünya da var – o biri dünya – hər kəsin “bu” adlandırdığı dünyadan başqa...
İnanmayanlar üçün inananların dünyası – və əksinə...
Canlılar üçün cansızların dünyası – və əksinə...
Kiçiklər üçün böyüklərin dünyası – və əksinə...
Kişilər üçün qadınların dünyası – və əksinə...
Kişi və qadınlar üçün həm kişi, həm qadın olanların dünyası – və əksinə...
Kübarlar üçün kütlənin dünyası – və əksinə...
Sənət xiridarları üçün cahillərin dünyası – və əksinə...
Sevgidə, cinsəllikdə “klassik” tərz tərəfdarları üçün qeyri-ənənəvi əlaqələr aludəçilərinin dünyası – və əksinə...
...Və bu dünyaların hər biri – sonuncudan tutmuş birinciyədək – “Svannın eşqi”ndə yer alır. Özü də Prust bu dünyaların heç birini açıq mətnlə təsvir etmir: elə təsvir vasitələri seçir ki, hər bir ifadəsinə bir neçə mətləb, bir neçə dünya sığışır. Musiqidən, rəsmdən bəhs edəndə, elə öz təbirincə desək, ən axırıncı növbədə, ən zəif mənada sırf musiqini, rəsmi nəzərdə tutur; sevgidən, sevişməkdən, din-imandan bəhs etməyəndə, deməli, o məqamda ilk növbədə məhz sevgini, sevişməyi, din-imanı nəzərdə tutur. Çünki Prust özü də özgə bir dünyadır...
Prustun dünyasına xoş gəldiniz!
▾ Mehr lesen▴ Ausblenden
Zum Tausch verfuegbar
0Niemand bietet diesen Tausch gerade an.
Benachrichtigen, wenn verfügbarBewertungen
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.