Sign in to continue — we’ll finish this for you. No account? Sign up
Budda
Description in Turkish
Dinlər tarixi sahəsində araşdırmaları ilə dünya şöhrəti qazanan müəllif bu dəfə Buddanın həyatını şərh edir. Təbii, tarixi mənbələr əsasında və maraqlı yanaşmalarla... Budda Hindistanda doğulub. Bu gün din adlandırdığımız doqmatik inanclar fonunda dünya və insanla bağlı ilk fəlsəfi düşüncə sistemlərindən birinin əsasını qoyub. O bu düşüncə tərzinin başlıca simvoluna çevrilib. Keçmişdə və indi milyonlarla insana təsir göstərərək onların həyata baxışını dəyişib. Bəs bu, necə mümkün olub? Kitab bu mətləbə işıq tutur. Buddanın aydınlanmağa gedən yolda üzləşdiyi çətinliklər... Onun ailəsi və həyat tərzi... Aydınlanmanın mahiyyəti... Təyin etdiyi meyarlar... Bu meyarların
həyatımızı dəyişəcək praktiki tərəfləri... Kitabda bu və ya digər çox maraqlı məqamlardan bəhs edilir.
▾ Read more▴ Show less
Available for Swap
0Nobody is offering this for swap right now.
Notify me when availableReviews
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.