📚 La communauté mondiale d'échange de livres
Yük — Agatha Christie

Connectez-vous pour continuer — nous terminerons l’action pour vous. Pas de compte ? Inscrivez-vous

Éditeur Teas Press Nəşriyyatı
Année 2024
Pages 296 pages
ISBN 9789952573169
Langue turc
Catégorie Policier

Description en turc

Dünya şöhrətli müəllifin 1956-cı ildə Meri Vestmakot imzası ilə nəşr edilmiş “Yük” psixoloji romanı onun sonuncu qeyri-detektiv əsəridir. Atasının-anasının nəvaziş və sevgisindən kənarda qaldığını düşünən balaca Lora Franklin böyük qardaşı Çarlzın qəfil ölümündən sonra ailənin istəkli balası olmağa hazırlaşır, amma körpə bacısının dünyaya gəlməsi onun bu arzusunu gözündə qoyur. Qızcığaz qısqanclıqdan alışıb-yanır, öz uşaq ağlı ilə hətta körpə bacısını öldürmək qərarına da gəlir. Amma kritik anda Lora kiçik bacısını nəinki öldürmür, hətta əksinə, onu ölümdən qurtarır. Həmin andan etibarən Lora kiçik bacısının qoruyucu mələyinə çevrilir, bütün həyatını ona həsr edir... Amma buna dəyərmi? “Yük” romanında Aqata Kristinin digər qeyri-detektiv romanlarında müşahidə etdiyimiz həqiqət anı motivləri əlvan boyalarla işlənib. Müəllif bu yarıavtobioqrafik romanında sevgiyə ən müxtəlif prizmalardan baxır. Sevgi böyük yaradıcı qüvvədir, o, çətin vəziyyətlərdə insan təbiətinin ən gözəl cəhətlərini üzə çıxarır. Lakin sevgidə də ifrata varmaq mümkündür. Bunun isə bəzən çox acı nəticələri ola bilər...

▾ Lire la suite

Disponible à l'échange

0

Personne ne propose cet échange pour l'instant.

Me prévenir quand disponible

Avis

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Livres similaires