Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
4321
Descrizione in turco
Romanı Arçi Ferquson adlı gəncin dörd müxtəlif həyatından bəhs edir. Xırda təsadüfləri doğan və istiqamətləndirilən dörd paralel həyat… Hər birində müxtəlif sevgilər və dostluqlar, müxtəlif şəhərlər və məktəblər, müxtəlif ixtisaslar və məşğuliyyətlər, müxtəlif hadisələr və onlardan doğan sevinc-kədər… Əsərin qəhrəmanı qaradərili əhalinin hüquqları uğrunda mübarizənin, Vyetnam mühari- bəsi əleyhinə hərəkatın, Kolumbiya universitetində tələbə etirazlarının və 1950-60-cı illərdə ABŞ-da baş verən digər önəmli tarixi hadisələrin iştirakçısı və ya şahididir. Buna görə roman Birləşmiş Ştatları daha yaxından tanımaq baxımından əhəmiyyətlidir. Avtobioqrafik çalarların da yer aldığı əsərdə baş qəhrəmanın mənsub olduğu yəhudi xalqının dünyagörüşü, özəlliyi, adət və ənənələri də işıqlandırılır. Orijinal düşünülmüş və bacarıqla qələmə alınmış “4321” romanı 2017-ci ildə Buker mükafatının şort-listinə daxil edilib.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.