Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
Dəfinələr Adası
Descrizione in turco
Hər şey əsrarəngiz kapitan Bonsun kiçik sahil qəsəbəsində yerləşən “Admiral Benbou” mehmanxanasına gəlişi ilə başlayır. Günlərin birində keçmiş dəniz quldurunun qorxunc sirri ortaya çıxır. Sən demə, onun bu mehmanxanada gizlənməyinin səbəbi köhnə sandığında gizlədib saxladığı xəritə imiş. Beləcə, xəritədə göstərilən xəzinəni tapmaq istəyənlər “İspanyola” gəmisi ilə təhlükəli, eyni zamanda macəralarla dolu səfərə çıxırlar. Görəsən, “İspanyola”nın komandası dəniz quldurlarının xəzinəsini tapacaqmı? Skelet adası kimi tanınan tənha adada onları nələr gözləyir? Şotland yazıçısı Robert Stivensonun yazdığı “Dəfinələr adası” əsəri maraqlı süjet xəttinə və gözlənilməz hadisələrlə zəngin məzmununa görə dünyanın müxtəlif ölkələrində dəfələrlə nəşr olunmuş, onun əsasında filmlər çəkilmişdir.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.