Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
İtmiş Kitab Dükkanı
Descrizione in turco
İvi Vudzun “İtmiş kitab dükanı” romanı kitabsevərlər üçün əvəzsizdir. Çünki əsərin mövzusu, ana xətti, cərəyan edən əsas proseslər, baş qəhrəmanların həyatı birbaşa kitablarla bağlıdır. İki müxtəlif zamanda baş verən hadisələrin 3 əsas qəhrəmanı var: həyatın qadınlar
üçün daha mürəkkəb olduğu dövrdə cəmiyyətin qanunlarına tabe olmayan, razılaşdırılmış nikahdan boyun qaçıraraq gələcəyini öz əlləri ilə qurmaq istəyən və buna görə başına müsibətlər açılan Opalin, digəri onun itmiş kitab dükanını, əlyazmalarını axtaran Henri və nəhayət, bu yolda Henriyə özü də bilmədən kömək edən başıbəlalı Marta... Roman o qədər təsirlidir ki, bəzi məqamlarda hisslərinizə hakim ola bilməyəcəksiniz. İvi Vudz hadisələri bir-biri ilə ecazkar şəkildə bağlayaraq oxucunu darıxmağa qoymur.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.