📚 La comunità globale di scambio libri
Maneə Yoldur — Ryan Holiday

Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati

Maneə Yoldur

Editore Teas Press
Pagine 228 pagine
ISBN 9789952573060
Lingua turco

Descrizione in turco

“Maneə yoldur” kitabı bütün dünyada sevilən, pərəstiş edilən klassik əsərdir. İnsanlar məşğuliyyətlərindən asılı olmayaraq, öz fəaliyyətlərində bu kitabın müdrikliyindən faydalanırlar. Kitabın pərəstişkarları arasında keçmiş qubernator və kino ulduzu (Arnold Şvartsenegger), hip-hop ifaçısı (LL Cool J), məşhur tennisçi (Ceyms Makgi), NBC-nin idman proqramları aparıcısı və reportyoru (Mişel Tafoya), “New England Patriots”, “Seattle Seahawks”, “Chicago Cubs” və “University of Texas” kimi titullu basketbol komandalarının məşqçiləri və oyunçuları var. Kitab ağrıya və çətinliklərə əzm və mətinliklə dözməyi öyrədən qədim yunan fəlsəfəsindən – stoisizmdən ilham alır. Stoiklər diqqətlərini yalnız nəzarət edə biləcəkləri məsələlərə cəmləyir, qalan hər şeyi axarına buraxır və hər bir yeni maneəni daha yaxşı, daha güclü və möhkəm olmaq üçün imkana çevirirlər. Mark Avreli 2000 il bundan əvvəl deyirdi: “Hərəkətə mane olan şey onu sürətləndirir. Yolun üzərində duran şeyin özü yola çevrilir”. Rayan Holidey tarixdə bəzi uğurlu adamların – Con Rokfellerdən tutmuş Ameliya Erharta qədər, Ulisses Qrantdan tutmuş Stiv Cobsa qədər – çətinliklərin, hətta qeyri-mümkün görünən işlərin öhdəsindən gəlmək üçün stoisizmi tətbiq etdiyini göstərir. Bu prinsipləri qəbul etmələri onların zəkasından, istedadından və uğurundan da böyük əhəmiyyət kəsb edir. Əgər özünüzü məyus, ruhən yorğun və bir yerdə ilişib qalmış hiss edirsinizsə, bu kitab sizə problemlərinizi böyük faydalara çevirməkdə kömək edəcək. Bu kitab fərqli dövrlərdə yaşamış, müxtəlif yaşdan olan böyük şəxsiyyətlər haqqında onlarla real hekayə ilə sizi ilhamlandıracaq.

▾ Leggi tutto

Disponibile per scambio

0

Nessuno propone questo scambio al momento.

Avvisami quando disponibile

Recensioni

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.