Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
Nexus
Descrizione in turco
Bəşər tarixində silahlar və pul-para qədər – bəzən onlardan da ötə – informasiya həlledici rol oynayıb. Yuval Noa Hararinin “Nexus” əsəri bizləri Daş dövründən Süni İntellekt dövrünə qədər uzanan informasiya şəbəkələri boyunca bir səyahətə aparır. Və göstərir ki, miflərdən yazıya, çapdan internetə, mediadan süni zəka sistemlərinə qədər informasiya – cəmiyyətləri formalaşdıran və idarə edən əsas qüvvə olub.
Bu kitab sadəcə texnologiyanın inkişafını deyil, onun ictimai quruluşlara, siyasi güclərə və etik prinsiplərə təsirini də təhlil edir. Harari izah edir ki, tarixən informasiya axınına nəzarət edən dini və siyasi elitalar indi öz yerini alqoritmlərə və süni intellekt sistemlərinə verir. Əgər bu texnologiyalar demokratik nəzarət və etik prinsiplərlə tənzimlənməsə, yaxın gələcəkdə informasiya üzərində hökmranlıq bir neçə qlobal gücün və ictimai hesabatlılıqdan uzaq sistemlərin əlinə keçə bilər. Xüsusilə də avtoritar rejimlərdə süni intellektin informasiyanı nəzarət altına alması cəmiyyətlərin azadlığını təhdid edə bilər. Harari bu baxımdan texnoloji sistemlərin yalnız güclü deyil, həm də özünütənzimləyici və şəffaf olmasının vacibliyini vurğulayır. Axı gələcəyin informasiya nizamı bizim bugünkü qərarlarımızdan asılıdır.
“Nexus” həm tarixi bələdçi, həm də bir çağırışdır – oxucunu informasiya
üzərindəki güc münasibətlərini dərk etməyə və onları daha ədalətli şəkildə təşkil
etməyə səsləyir.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.