📚 La comunità globale di scambio libri
Paralel Dərd — Elşad Səfərli

Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati

Paralel Dərd

Editore Qanun Nəşriyyatı
Pagine 288 pagine
ISBN 9789952586756
Lingua turco
Categoria Poesia

Descrizione in turco

E.Səfərli imzası oxuculara yaxşı tanışdır. Şair Şəkər Aslanın "Uğurlu yolu ilə 1981-ci ildən ədəbi mühitə təqdim edilmiş və ilk şeirlərindən diqqət çəkmişdir. Çünki "E.Səfərli poeziyasının uğuru təbii istedad faktoru ilə bağlılığındadır ki, bunu da heç kim inkar edə bilməz" (Prof. Ə.Xəlilov). O, sonetin və 15-ə yaxın digər növlərinin lirikamızda möhür nümunələrinin ilk yaradıcısıdır. Xokkuları da bu qəbildəndir. Şeirlərinə mövzu, üslub və janr polifonizmi xasdır. Bunu onun Qərb şeirinin ruhu ilə bağlılığında izah edən- lər, "bu sahədə novatorluğuna dəlalət edir" (Prof. S.Əsə- dullayev) - deyənlər də az deyildir. Haqqında: "E.Səfərlinin sonetləri, sonetlər çələngləri və digər janrlarla bağlı yenilikləri... ədəbiyyat adamı kimi məni çox sevindirir. Poeziyada yenilikçidir" (V. Yusifli) - kimi mülahizələrə də tez-tez rast gəlmək mümkündür. Bir neçə namizədlik və doktorluq dissertasiyalarında E.Səfərli imzasına dəfələrlə yer verilməsi, tədqiq-təhlil predmetinə çevrilməsi heç də təsadüfi sayılmamalıdır. Şairdən bəhs edən məqalə, resenziya, kitab və çap olunmuş öz kitablarının sayı da yetərli qədərdir. Lirikası üçün Vətənə, milli ruha, soykökə bağlılıq ideyası dominantdır. Uşaq şeirləri isə ilk addım kimi onun bu sahədə də poetik nəfəs genişliyindən soraq verir. "Dərdli yazılan epopeya" poeması Yeseninşünaslığa yeni bir töhfə, yeni söz kimi əhəmiyyətlidir. "Qəmli Sent- yabr" poeması isə vaxtsız ana itkisinin ağrılı təcəssümdür. Düşünürük ki, 23-cü - "Paralel dərd" kitabı da şairin yaradıcılıq bioqrafiyasında növbəti daha uğurlu bir addım olacaq.

▾ Leggi tutto

Disponibile per scambio

0

Nessuno propone questo scambio al momento.

Avvisami quando disponibile

Recensioni

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Libri simili