Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
Rəqəmsal Liderlik
Descrizione in turco
Əgər rəqəmsallaşmaq sözünün sadəcə texnologiya, media və əyləncə sahələrinə aid olduğunu düşünürsünüzsə, bir daha düşünün. Əslində, mobil cihazlar, analitik təhlillər, social media, sensorlar və bulud hesablaması artıq bütün biznes landşaftımızı dəyişib. Rəqəmsal inkişaf dedikdə diqqətlər “Silikon vadisi”nin ulduzlarına və texnoloji startaplara yönəlir. Bəs iqtisadiyyatın 90 faizindən çoxunu əhatə edən bizneslər necə olsun?
“Rəqəmsal liderlik” kitabında müəlliflər maliyyədən əczaçılığa qədər ənənəvi sənaye sahələrinə aid bir çox iri şirkətlərin rəqəmsallaşmadan necə istifadə etdiyini, rəqəmsal transformasiyaya aparan prinsipləri işıqlandırır. Onlar 400-dən artıq qlobal şirkətə (“Asian Paints”, “Burberry”, “Caesars Entertainment”, “Codelco”, “Lloyds Banking Group” “Nike”, “Pernod Ricard” və s.) araşdıraraq, rəqəmsal ustad olmaq üçün nəyin vacib olduğunu göstərir. Uğurlu transformasiya iki aspektdən təsvir edilir: rəqəmsal bacarıqlara harada investisiya qoymaq və transformasiyaya necə rəhbərlik etmək. Bu çərçivədə aşağıdakıları öyrənəcəksiniz:
Müştərilərinizlə daha yaxın olmaq
Əməliyyatları rəqəmsal şəkildə daha da genişləndirmək
Rəqəmsal vizyon yaratmaq
Rəqəmsal fəaliyyətlərinizi idarə etmək
“Rəqəmsal liderlik” şirkətinizin yeni, rəqəmsal və qlobal iqtisadiyyat şəraitində ayaqda qalması və inkişaf etməsi üçün ehtiyac duyacağınız bir bələdçidir.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.