Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
Şokolad Ayı
Descrizione in turco
Leylanın ad günündǝ sevimli ǝmisi ona Kanadadan oyuncaq ayı göndǝrir. Son zamanlar kefi olmayan Leylanın bu hǝdiyyǝdǝn sonra könlü açılır, Şokolad ayı ilǝ dostlaşır, onunla çoxlu vaxt keçirir, hǝtta mǝktǝbǝ gedǝndǝ dǝ onu özü ilǝ aparır. İmtahanlarda, yarışlarda zǝif nǝticǝ göstǝrǝn, dǝrslǝrini yaxşı oxumayan Leylanın dǝrslǝri dǝ yavaş-yavaş düzǝlmǝyǝ başlayır, cürbǝcür, maraqlı yuxular görür. Görǝsǝn, bu ayı sehrlidirmi? Leyladakı bu qǝribǝ dǝyişikliyin sǝbǝbi nǝdir?
Hǝr şey yoluna düşǝn ǝrǝfǝlǝrdǝ xoşagǝlmǝz hadisǝ baş verir: Leyla Şokolad ayını itirir. Bütün şǝhǝr bir-birinǝ dǝyir, televizorda itkin ayıdan danışılır. Valideynlǝri, dostları, babası, sinif yoldaşları – hamı Şokoladı axtarır. Tǝcrübǝli detektiv Rǝsul da iş başındadır. Şokolad ayı isǝ mafiyanın ǝlindǝdir.
Macǝra, rǝngarǝng obrazlarla zǝngin olan “Şokolad ayı” hekayǝsi dostluğun, sevginin, bizǝ doğma olan ǝşyaların ǝhǝmiyyǝtini bir daha xatırladır.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.