Accedi per continuare — completeremo l’operazione per te. Non hai un account? Registrati
Vəsiyyət
Descrizione in turco
Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəd düd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə düşür. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də
var: Ata – Peterburqda qərar tutan, həyatda və işgü zar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi “şəhərli oğul” obrazını təcəssüm etdirir.
“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənlik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Kitaba Frans Kafkanın “Hökm” novellası, pritçalarından nümunələr, “Gündəliklər”indən və çex jurnalist Qustav Yanouxla söhbətlərindən parçalar daxil edilib.
▾ Leggi tutto▴ Riduci
Disponibile per scambio
0Nessuno propone questo scambio al momento.
Avvisami quando disponibileRecensioni
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.