📚 A comunidade global de troca de livros
Mir Cəfər Bağırov Kim İdi? — Elçin

Inicie sessão para continuar — concluímos a ação por si. Não tem conta? Registe-se

Mir Cəfər Bağırov Kim İdi?

Editora Qanun Nəşriyyatı
Ano 2026
Paginas 200 paginas
ISBN 9789952595772
Idioma turco
Categoria Biografia

Descrição em turco

“Mir Cəfər Bağırov kim idi?” – xalq yazıçı və ictimai xadim Elçinin müəllifi olduğu bu fundamental əsər, Sovet Azərbaycanının 20 illik repressiv epoxasına rəhbərlik etmiş bir şəxsin – Mir Cəfər Bağırovun siyasi taleyini, şəxsiyyət komplekslərini və tarixdəki yerini araşdırır. Müəllif bu kitabda yalnız bir fiqurun deyil, həm də bir sistemin – ideoloji terrora əsaslanan Sovet rejiminin mahiyyətini çoxşaxəli şəkildə ortaya qoyur. Kitab tarixi xronologiyaya deyil, assosiativ yaddaşın diktəsinə söykənərək yazılıb və buna görə də burada faktlar qədər hisslər, müşahidələr və müəllifin fəlsəfi sualları əsas yer tutur. Elçin bu əsərində repressiyalarla dolu 1930–1950ci illərin cəfakeş atmosferini incə detallarla dirçəldir və oxucunu düşünməyə, sorğu-suala səsləyir: “Sistem insanı formalaşdırır, yoxsa insan sistemi?” Tarixi şəxsiyyətlərə yanaşmada, realist və analitik mövqedə dayanan müəllif, Bağırovun obrazı fonunda totalitarizmin iç üzünü, qorxu və itaətin siyasi texnologiyaya çevrildiyi bir dövrü bütün çılpaqlığı ilə təsvir edir. Stalin rejiminin daxili mexanizmlərini, Azərbaycan ziyalılarının taleyini və xalqın kollektiv yaddaşındakı ağrını ehtiva edən bu əsər, həm müasir oxucular, həm də tarixlə maraqlananlar üçün dəyərli mənbədir.

▾ Ler mais

Disponivel para Troca

0

Ninguem esta oferecendo esta troca agora.

Avisar quando disponível

Avaliacoes

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.