📚 Глобальное сообщество книгообмена
Düşüncənin Gücü — James Allen

Войдите, чтобы продолжить — мы завершим действие за вас. Нет аккаунта? Зарегистрируйтесь

Düşüncənin Gücü

Издатель Strauss Press Nəşriyyat
Год 2024
Страницы 52 pages
ISBN 9789952463088
Язык турецком

Описание на турецком

“Ey fırtınaların girdabına düşən insanlar – harada olursunuz olun, hansı şəraitdə yaşayırsınız yaşayın, – bilin ki, həyat okeanında xoşbəxtlik adaları sizə gülümsəməkdə və ideallarınızın günəşli sahilləri sizin gəlişinizi gözləməkdədir. Düşüncələrinizin sükanından möhkəm yapışın. Kapitan ruhunuzun dərinliklərində yatır, onu oyadın. Özünə hakim olmaq güclü olmaq deməkdir. Doğru düşüncə məharətdir, sükunət gücdür. Qəlbinizə söyləyin: “Hüzurlu ol, sakitləş!”” Arzulamaq əldə etməkdir, istəmək nail olmaqdır. Rəvadırmı ki, insanın ən səfil hisləri məmnun edilsin, ən pak arzuları isə bir kənara atılsın? Qanun belə deyil. Bu, yolverilməzdir. “İstəməli və almalısınız”. Böyük xəyallar qurun. Xəyal qurduqca ona doğru gedəcəksiniz. Xəyalınız bir gün o yerə çatacağınızı vəd edir, idealınız əldə edəcəklərinizi xəbər verir. Ceyms Allen (James Allen) – motivasiya kitabları və şeir­ləri ilə tanınan Britaniya yazıçısıdır. Ceyma Allen öz ədəbi əsər­lərində şəxsiyyətin motivasiyası və daxili potensialın üzə çı­xarılması haqqında ciddi analizlər aparan ilk amerikalılardan biridir. Allenin 1902-ci ildə işıq üzü görən ən məşhur əsəri “As a Man Thinketh” (Düşüncənin gücü) hazırda da sanballı klas­sik motivasiya əsərlərdən sayılır. Kitabın əsas ideyası odur ki, dü­şüncə insanı formalaşdırır: ali düşüncələr ali insanı, pis düşüncələr isə pis insanı doğurur.

▾ Читать далее

Available for Swap

0

Nobody is offering this for swap right now.

Сообщить, когда появится

Отзывы

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Похожие книги