Войдите, чтобы продолжить — мы завершим действие за вас. Нет аккаунта? Зарегистрируйтесь
Kukla Ustası
Описание на турецком
“Kukla ustası” kitabında biz özündən hekayələr uydurub danışan 60 yaşlarında dilçi-filoloqun əhvalatına şahidlik edirik. Əhvalatlarını danışdığı insanlar çox böyük maraqla onu dinləyirlər. Amma o özü çox tənha bir insandır. Heç kəsi yoxdur – nə oğul-uşaqdan, nə də qardaş-bacıdan; bircə yaxın sirdaşı, dostu Pelledən başqa. Pelle isə heç də adi dost deyil… müxtəlif vəziyyətlərdə Yakobun dadına yetişən Pelle xüsusi və qeyri-adi dostdur. Yalnızlıq, təcrid olma, cəmiyyətdə tənhalığın törətdiyi fəsadlardan bəhs edən bu roman “Sofinin dünyası” kitabının müəllifindən yeni kiçik bir möcüzədir. Bir çox anlamda kitaba həyatın mənasını axtaran, möcüzələrini çözməyə çalışan dilçi-alim Yakobun faciәsi kimi də yanaşmaq olar. Qaarder bu kitabı elə bir tərzdə yazıb ki, bütün sirli sualların cavabına oxucu kitabı oxuduqca yolüstü cavablar tapır. Bu səbəbdən oxuduqca oxuyacağınız və başladıqdan sonra heç əlinizdən yerə buraxmayacağınız kitabla qarşı-qarşıyasız…
▾ Читать далее▴ Свернуть
Available for Swap
0Nobody is offering this for swap right now.
Сообщить, когда появитсяОтзывы
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.