Войдите, чтобы продолжить — мы завершим действие за вас. Нет аккаунта? Зарегистрируйтесь
Zahidlər
Описание на турецком
Nyu-York sutenyoru ilə Montananın ucqar bir guşəsində yaşayan fanatik-ekstremistin nə əlaqəsi ola bilər? Tamamilə qeyri-adi bir qətl üsulu: qurbanını öldürməzdən qabaq ona güclü anesteziya iynəsi vurulur. Qatil sanki ölümə məhkum edilmiş adamı ağrıdan azad etməyə çalışır. Gənc, iddialı jurnalist Vilyam Monro iki müəmmalı qətli törədən manyak haqqında yazdığı silsilə yazılarla məşhurluğun astanasındadır. Amma dəst-xətti ilə bu iki qətlə tamamilə uyğun gələn üçüncü qətl dünyanın o biri başında – Hindistanda baş verir. Doğrudanmı, bu qətlləri bir adam yox, bütöv bir təşkilat törədir? Onun üzvləri nəyə nail olmaq istəyir? Onlar kimdir? Qurbanlarını hansı prinsiplə seçirlər? Axtarışlarda Vilyama kömək etməyə razılıq verən keçmiş tələbə yoldaşı təsdiq edir ki, bütün bu sualların cavabı qədim salnamələrdə və onun böyüdüyü dini icmanın rəvayətlərindədir...
▾ Читать далее▴ Свернуть
Available for Swap
0Nobody is offering this for swap right now.
Сообщить, когда появитсяОтзывы
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.