Devam etmek için giriş yapın — işleminiz tamamlanacak. Hesabınız yok mu? Kaydolun
Dinlə, Kiçik Adam
“Dinlə, kiçik adam”' adlı bu kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış bu kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmamışdır. Bu sadəcə olaraq, bir naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayət dəhşət içində araşdırmaqda olduğu “kiçik adam”la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olmuşdur. Küçədəki kiçik adam nələrə dözmək məcburiyyətində qalır və buna necə üsyan edir? Düşmənlərini başının üstünə qaldırmasının, dostlarını isə öldürməsinin səbəbləri nələrdir? Bu kiçik adam “xalqın bir təmsilçisi” olaraq müəyyən bir gücü ələ keçirdiyi anlarda bu səlahiyyəti hansı formada boşa xərcləməklə, ziyan etməklə səhv istifadə edir? Niyə eyni gücü daha əvvəl əlində tutan və onu, kiçik adamı əzmək üçün istifadə edən yuxarı təbəqələrin sadist fərdləri kimi davranır, əlinə keçirdiyi o idarəetmə gücünü necə olur ki, mərhəmətsiz bir təzyiq vasitəsi halına gətirir?Böyüklükdə toxunulmamış xəzinələr var. Bu dəyərlər insanoğlunun ümidlərinin reallaşması yolunda istifadə edilmək üçün hazır gözləyirlər. Məhz bu çıxış, xüsusən bu xəzinələrə olan böyük etibarı dilə gətirir.
▾ Devamını oku▴ Daha az
Takasa Açık
0Şu an takasa açan yok.
Takasa çıkınca haber verYorumlar
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.