Devam etmek için giriş yapın — işleminiz tamamlanacak. Hesabınız yok mu? Kaydolun
Divardakı Yarıq
Postmodernist ədəbiyyatın ruhuna uyğun olan bu hekayələr toplusu sürrealizm, absurdizm və elmi fantastika janrlarının sərhədində yazılıb. Tamam fərqli mövzular, ideyalar, personajlar, şəhərlər, dünyalar... Sanki bu hekayələr ayrı-ayrı adamlar tərəfindən yazılıb. Amma hansısa nöqtədə müəllifin sehirli, cazibəli, ironik üslubunu bütün hekayələrdə duya bilirsən. Bu hekayələrdə Borxesi də görə bilərsən, Lenini də, futbolçu Holannı da, hansısa əsrarəngiz şeyxi də, yolüstü bir neçə nəfəri özü ilə cəhənnəmə aparmaq istəyən gənc intellektualı da, küçədə görəndə özünü görməzliyə vurduğun tanışını və qohumunu da, ofisdə yanaşı oturduğun iş yoldaşını da... Hətta özünü də... Kitabı oxuduqca qəhrəmanların üzləşdikləri hadisələr səni həyəcanlandıracaq. Onların daxili aləmini – özləri və başqaları haqda fikirlərini, qarışıq duyğularını kəşf etməkdən zövq alacaqsan. Oxu siyahına xeyli hekayə, roman əlavə edəcəksən. Bəzən müəllifin şüur axınına düşüb çox-çox uzaqlara gedəcəksən. Buyur, kitabı əlinə al, oxumağa başla və ən gözlənilməz hadisələrə hazır ol!
▾ Devamını oku▴ Daha az
Takasa Açık
0Şu an takasa açan yok.
Takasa çıkınca haber verYorumlar
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.