Devam etmek için giriş yapın — işleminiz tamamlanacak. Hesabınız yok mu? Kaydolun
Əhvalat
İyirmi üç yaşlı tələbə Anni təsadüfən hamilə qalır. Özü demiş, bu onun sosial iflasına aparıb çıxarır. Həmin vaxt Fransada abort qadağan idi. Qanunsuz abortlarda
isə qadınlar tələf olurdular. Bütün təhlükələrə baxmayaraq Anni bu yolu seçir. Qeyri-qanuni abort üçün uzaq-yaxın tanışları arasında kömək axtarır. Əsər tələbə qızın
bir neçə aylıq hamiləlik dövründə yaşadığı çarəsizlikdən bəhs edir. Müəllif əsəri həmin hadisədən qırx il sonra, o dövrdəki gündəliyinə istinad edərək qələmə alıb. Onun
soyuq təhkiyəsi və emosiyasız təsviri hadisələrin təsir gücünü daha da artırır. Anni deyirdi: “Ola bilsin, əhvalatım kimisə qıcıqlandırsın, kimdəsə ikrah oyatsın, məni iyrənc hesab edənlər də tapılacaq... amma uzun qadın karvanının məndən əvvəl keçdiyi yolu keçməliydim, vəssalam... həmişəki kimi, ayırd etmək olmurdu, abort pis şey olduğuna görə qadağandır, yoxsa qadağan olduğuna görə pisdir. Hamı qanuna əsasən mühakimə edirdi, amma heç kəs qanunu mühakimə etmirdi...”
▾ Devamını oku▴ Daha az
Takasa Açık
0Şu an takasa açan yok.
Takasa çıkınca haber verYorumlar
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.