Devam etmek için giriş yapın — işleminiz tamamlanacak. Hesabınız yok mu? Kaydolun
İliada
Əfsanəvi yunan şairi Homerin "İliada" əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi, dərin məzmun və yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Dünya ədəbiyyatının ən qədim əsərlərindən sayılan bu möhtəşəm epik poema ümumbəşəri sərvətdir. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan "İliada" qədim yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir.
"İliada"nın məzmununu Troya müharibəsi təşkil edir. Homer özü Troya müharibəsinin müasiri olmadığı halda, bu əsərdə təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür.
"İliada" qəhrəmanları müəyyən şəraitdə öləcəklərini yəqin etdikləri halda, qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq dastanı kimi əbədi ad qazanmışdır.
▾ Devamını oku▴ Daha az
Takasa Açık
0Şu an takasa açan yok.
Takasa çıkınca haber verYorumlar
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.