Devam etmek için giriş yapın — işleminiz tamamlanacak. Hesabınız yok mu? Kaydolun
Mənə Kömək Et
Yuxusuzluqdan əziyyət çəkdiyi gözlərindən bilinən, amma bu haqda – ümumiyyətlə, çox şeylər barədə danışmağı xoşlamayan, pişikləri sevməyən, çox əziz bir insanın – nənəsinin ölümündən sonra özünə gələ bilməyən, valideynlərinə qarşı doğmalıq hiss etməyən bir qadının, bir yazıçının hekayəsini oxumağa hazırsınızmı?
Son vaxtlar daha da səssizliyə çəkilmiş, az qala, gözəgörünməz olmağı arzulayan Əsli çoxdan müraciət etdiyi beynəlxalq yazıçılar proqramına qəbul olunaraq Avstriyaya gedir. Burada gözlənilmədən qarşısına çıxan iki insan – bütün hesablamalarına görə yüz otuz yaşında, ölümsüz olduğunu deyən bir qadınla əlil arabasına məhkum kişi onun həyatını başqa istiqamətdə dəyişəcək. Başqa qəhrəman da var: Bu, Suzi adlı pişikdir. O da bu hekayəyə təsadüfən daxil olmayıb... Əsli Perkerin bu romanı “Mənə kömək et” həm də insanların daxili aləminə, bir-birindən fərqlənən talelərin coğrafi və siyasi reallıqlardan nə qədər təsirləndiyinə də toxunur...
▾ Devamını oku▴ Daha az
Takasa Açık
0Şu an takasa açan yok.
Takasa çıkınca haber verYorumlar
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.