Sign in to continue — we’ll finish this for you. No account? Sign up
46 Bənövşə
Description in Turkish
Sovet Azərbaycanı ədəbiyyatının ən çox oxunan müəl-liflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var. Bir gün Mənzərə adlı bir xanım, yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Beləliklə, bir qadının taleyi bu bənövşəli dəftərlərin səhifələrində özünə həyat qazanır.
Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb.
Kitabda müəllifin “Ülkər-Aytəkin” hekayəsi də yer alır. Hekayədə saf məhəbbətin qiymətindən, əhdinə sadiq qalmağın vacibliyindən söz açılır.
▾ Read more▴ Show less
Available for Swap
0Nobody is offering this for swap right now.
Notify me when availableReviews
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.