📚 A comunidade global de troca de livros
46 Bənövşə — Salam Qadirzade

Inicie sessão para continuar — concluímos a ação por si. Não tem conta? Registe-se

46 Bənövşə

Editora Xan Nəşriyyatı
Ano 2024
Paginas 160 paginas
ISBN 9789952566314
Idioma turco
Categoria Biografia

Descrição em turco

Sovet Azərbaycanı ədəbiyyatının ən çox oxunan müəl-liflərindən biri Salam Qədirzadənin “46 bənövşə”si maraqlı tarixçəsi olan əsərdir. Bu kitabın öz yaranışından bəhs edən üslubu var. Bir gün Mənzərə adlı bir xanım, yazıçının çalışdığı redaksiyaya gəlir. Yazıçıda maraq oyadaraq əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini ona verir. Sadəcə oxuyub fikir bildirməsini xahiş edir. Beləliklə, bir qadının taleyi bu bənövşəli dəftərlərin səhifələrində özünə həyat qazanır. Sovet illərinin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri çox səmimi, şirin və təsirli dillə qələmə alınıb. Kitabda müəllifin “Ülkər-Aytəkin” hekayəsi də yer alır. Hekayədə saf məhəbbətin qiymətindən, əhdinə sadiq qalmağın vacibliyindən söz açılır.

▾ Ler mais

Disponivel para Troca

0

Ninguem esta oferecendo esta troca agora.

Avisar quando disponível

Avaliacoes

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.