📚 The global book swap community
Azərbaycan Teatrı — İlham Rəhimli

Sign in to continue — we’ll finish this for you. No account? Sign up

Azərbaycan Teatrı

Publisher Bakı, Teas Press Nəşriyyatı
Year 2018
Pages 912 pages
ISBN 9789952520965
Language Turkish
Category History

Description in Turkish

Azərbaycan milli teatrının keçdiyi tarixi inkişaf yoluna, onun müxtəlif problemlərinə, janr özəlliklərinə, estetik səciyyəsinə həsr olunan Azərbaycan teatrı kitabı müəllifin çoxillik fundamental araşdırmalarının məhsuludur. Teatrşünas-tənqidçi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu əsərində meydan teatrından, xalq oyun-tamaşalarından, şəbihlərdən tutmuş peşəkar teatrlarımızın çağdaş dövrə qədərki yaradıcılıq yolunu təhlil süzgəcindən keçirib. Müəllif Azərbaycanda teatrın tarixinin çox qədim olduğunu, onun mənbəyinin hətta antik dövrlərə - eramızdan əvvəl VIII-VII minilliklərə, Qobustan qayaüstü təsvirlərinə gedib çıxdığını bəyan edir. Qayaüstü təsvirlərdəki yallıyabənzər kollektiv rəqs elementlərini kütləvi meydan tamaşalarının təkzibolunmaz dəlili hesab edən tədqiqatçının qənaətinə görə, bu oyun-tamaşalar tarixin sonrakı dönəmlərində daha da təkmilləşmiş, dolğunlaşmış, yeni məzmun almış və çağdaş teatr mədəniyyətinin formalaşması üçün möhkəm zəmin yaratmışdır. VIII hissədən ibarət olan araşdırmada peşəkar teatrın təşəkkül və inkşaf mərhələləri ətraflı şəkildə işıqlandırılır. Peşəkar Azərbaycan teatrının sürətli inkişaf yolu keçdiyini, zəngin mədəni irs yaratdığını xüsusi vurğulayan müəllif istər paytaxt Bakıda, istər bölgələrdə, istərsə də Azərbaycanın hüdudlarından kənarda (İrəvan, Tiflis, Dərbənd, Aşqabad və s.) fəaliyyət göstərmiş və hazırda da fəaliyyət göstərməkdə davam edən milli sənət ocaqlarının özünəməxsus xəritəsini çəkir. Bu kitabda Azərbaycan milli teatr kollektivlərinin istisnasız olaraq hamısı barədə, onların tarixi, repertuarı, keçdiyi yol, bu sənət məbədlərində çalışan müqtədir sənətkarlar haqda müfəssəl məlumat verilir, onların fəaliyyəti təhlil olunur. Azərbaycan teatrı kitabı mədəniyyət tarixini öyrənənlər, sənətşünaslar, incəsənət xadimləri, milli səhnə sənətimizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

▾ Read more

Available for Swap

0

Nobody is offering this for swap right now.

Notify me when available

Reviews

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Similar books