Sign in to continue — we’ll finish this for you. No account? Sign up
Əlimərdan Bəy Topçubaşov Ərməğanı
Description in Turkish
Ədəbiyyatşünas-alim Vilayət Quliyev son iyirmi beş il ərzində Əlimərdan bəy Topçubaşının diplomatik və publisist irsindən nümunələrin toplandığı yeddi kitab çap etdirib. Rus dilində dörd cildlik “Seçilmiş əsərləri”nin nəşrə hazırlanmasında yaxından iştirak edib. Oxuculara təqdim olunan yeni kitabda isə Cümhuriyyət qurucusunun həyat və fəaliyyəti ilə bağlı müəllifin orijinal araşdırmaları ilə yanaşı, Əlimərdan bəyin Zərdabi haqqındakı “Azərbaycanın yol göstərəni” adlı əsərinin, habelə vəfatı ilə bağlı Avropada mühacir nəşrlərində yayılan çoxsaylı sənəd və materialların tərcüməsi yer alıb. Bir-birini üzvi şəkildə tamamlayan araşdırma və tərcümələr XX əsrin əvvəlində soydaşlarımızın və keçmiş çar Rusiyasındakı türk-müsəlman xalqların milli azadlıq mübarizəsinin önündə gedən azərbaycanlı siyasətçi və dövlət xadiminin görümlü portretini yaradır.
▾ Read more▴ Show less
Available for Swap
0Nobody is offering this for swap right now.
Notify me when availableReviews
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.