Sign in to continue — we’ll finish this for you. No account? Sign up
Məbəd Döyüşçüləri
Description in Turkish
Ondan uzun müddət xəbər çıxmayanda bütün qeyri-adi qəhrəmanlar kimi barəsində “sağdır”, “yaşayır”, “Gorusda kimya zavodunda işləyir, “pul verin, qayıtmağına kömək eləyək” kimi şayiələr, habelə kəmfürsət, ikibaşlı, şübhəli təkilfl ər yayıldı. Onun əbədiyyətə necə, hansı şəraitdə qovuşması haqda da minüzlü xəbərlər verildi: kimi dedi doğradılar, kimi dedi yandırdılar... Təəccüblənmək, təşvişə düşmək lazım deyil. Belə gizlilik, bu cür mübhəmlik onun – Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun alın yazısıdır. Bu roman onun eşidənləri heyrətə salan qeyri-adi həyat hekayəsidir. Doğulandan ta əbədiyyətə qovuşana qədərki həyat hekayəsi... Biz onu bu hekayədə tək qoymadıq, çünki tək deyildi, onunla bir yerdə daha altı Məbəd döyüşçüsü vardı. “Məbəd döyüşçüləri”ndə hər şey var – sevgi, nifrət, sədaqət, xəyanət, qeyrət, cəngavərlik, ərdəmlik... Burada indiyədək yalnız adlarını adda-budda eşitdiyiniz qəhrəmanlarla da xəyalən görüşəcək, onlarla “söhbət edəcək”, “dərdləşəcəksiniz”. Onu da deyək ki, bu əsəri oxuduqca düşmənlərimizi də tanıyacaq, onları lənətləməyə xeyli əsasınız, xeyli səbəbiniz olacaq. Amma unutmayın: bu hekayədə bütün yollar Həqiqətə, Qalibiyyətə, Zəfərə aparacaq!
▾ Read more▴ Show less
Available for Swap
0Nobody is offering this for swap right now.
Notify me when availableReviews
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.