Inicia sesión para continuar: completaremos la acción por ti. ¿No tienes cuenta? Regístrate
Balaca Barabançı Qız
Descripción en turco
Dünya casusluq ədəbiyyatının zirvəsində dayanan Con Le Karre bu romanında bizi Yaxın Şərq münaqişələrinin qaranlıq tərəflərinə aparır. “Balaca barabançı qız” siyasətin, şəxsi inancın və kimliyin iç-içə keçdiyi, gərginliklə dolu bir psixoloji dramdır. Baş qəhrəman – gənc ingilis aktrisası Çarli – heç gözləmədiyi bir anda İsrail kəşfiyyatının diqqət mərkəzinə düşür. İstedadı, inadı və azadlıq eşqi onu bir missiyanın mərkəzinə çevirir: yalanlarla dolu bir dünyada, özünü həm aktrisa, həm də casus rolunda tapır. Amma
bu dəfə səhnə realdır, tamaşa isə həyat və ölüm arasındadır. Roman yalnız casusluqla bağlı deyil – o, həm də insanın ideologiyalar qarşısında necə dəyişdiyini, öz kimliyini necə sorğuladığını təsvir edir. Le Karrenin ustalıqla qurduğu süjet oxucunu son səhifəyə qədər gərginlikdə saxlayır. “Balaca barabançı qız” – yalnız kəşfiyyat yox, həm də vicdanın səsidir.
▾ Leer mas▴ Ver menos
Available for Swap
0Nobody is offering this for swap right now.
Avisarme cuando esté disponibleResenas
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.