Inicia sesión para continuar: completaremos la acción por ti. ¿No tienes cuenta? Regístrate
Sevgi Hardadırsa, Tanrı Ordadır
Descripción en turco
Həyatın mənası, ölüm, xeyir və şər kimi əzəli problemlər Lev Tolstoyun həm irihəcmli əsərlərində, həm də qısa hekayələrində öz əksini tapır. Kitabdakı hekayələrdə də müəllif məişət hadisələri fonunda fəlsəfi ideyaları, bəşəriyyətin əxlaqi, mənəvi və dini şüurunu təsvir edir.
Müxtəlif mövzulu 12 hekayəni birləşdirən ana xətt geniş psixoloji təhlil üzərində qurulub. İnsana məhəbbət, özünü tanımaq, nəfslə mübarizə, yaradana inam, təmənnasız yaxşılıq, sonsuz mərhəmət yazıçının hər bir hekayəsinin əsasında durur.
Tolstoy müxtəlif həyat situasiyalarında insan psixikasının dərin qatlarına enir, onun mahiyyətini üzə çıxarır. Bunu qəhrəmanların düşüncələrində, daxili monoloqlarında, başqaları ilə münasibətində, hiss və həyəcanında, məhrəm duyğularında görə bilirik. Bu hekayələrdə insanlar sevirlər, iztirab çəkirlər, axtarırlar, şübhələnirlər, bəzən həm yaxşılıq edirlər, həm də qeyri-əxlaqi hərəkətlərə yol verirlər. Müəllifin yaratdığı obrazlar dinamik xarakterə malikdir, xarici mühit kimi daim dəyişir, cürbəcür formalar alır, mühakimə edir və mühakimə olunurlar.
▾ Leer mas▴ Ver menos
Available for Swap
0Nobody is offering this for swap right now.
Avisarme cuando esté disponibleResenas
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.