📚 La communauté mondiale d'échange de livres
Biz — Yevgeni İvanoviç Zamyatin

Connectez-vous pour continuer — nous terminerons l’action pour vous. Pas de compte ? Inscrivez-vous

Éditeur Çardaq Nəşriyyatı
Année 2024
Pages 263 pages
ISBN 9789952859843
Langue turc
Catégorie Science-Fiction

Description en turc

Biz — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur. Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 İnteqral -ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur. İnteqral zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, Havadar obrazı böyük maraq doğurur. Havadar ədədlərin ədədi hesab olunur və bütün ədədlər əldə etdiklərinə görə ona şükr edirlər və onun qüdrətini sarsılmaz hesab edirlər. Qanunlara tabe olmayanları isə Havadar -ın ölüm aparatı gözləyir. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ədədlər hamı tərəfindən görünən şəffaf binalarda yaşayırlar və cinsi əlaqəyə yalnız icazə ilə girə bilirlər. Belə ki, hər hansı ədəd, istənilən digər əks cins ədədə çəhrayı talon yazdırmaqla onunla sevişmək istədiyini bildirir və onlar üçün 1 saat cinsi zaman ayrılır. Və yalnız bu zaman evin pərdələrinin endirilməsinə icazə verilir. Corc Oruell 1984 , Oldoks Haksli Cəsur yeni dünya , Rey Bredberi 451 farengeyt kimi antiutopik əsərlər Biz dən təsirlənərək yazılmışdır. Əsər SSRİ-də ilk illər çap edilmədiyi üçün, kitab şəklində ilk dəfə 1924-ci ildə ABŞ-da ingiliscə tərcümə şəklində çıxmışdır. Daha sonralar isə Sovet İttifaqı-nda da nəşr olunmuşdur.

▾ Lire la suite

Disponible à l'échange

0

Personne ne propose cet échange pour l'instant.

Me prévenir quand disponible

Du même auteur