Connectez-vous pour continuer — nous terminerons l’action pour vous. Pas de compte ? Inscrivez-vous
Əziz Nesin Seçilmiş Əsərləri
Description en turc
XX əsr Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əziz Nesin bütün yaradıcılığı boyunca cəmiyyətin saflaşdırılması uğrunda mübarizə aparmışdır. Satirik hekayələr və yumoristik novellalar ustası kimi dünya oxucularının da dərin rəğbətini qazanmış böyük yazıçının təqdim olunan kitabına, müəllifin zəngin ədəbi irsindən seçmələr daxil edilmişdir. Bu nümunələrdə Nesin dilinə məxsus koloritin, türk hekayəçiliyi üslubunun saxlanılmasına xüsusi diqqət yetirilmişdir.
Tanınmış satira ustasının bu kitabda yer alan əsərlərindən biri də "Ölmüş Eşşək" başlığı altında yazdığı məktublardır. Azərbaycan oxucusuna "Taxtalı-köydən məktublar" adıyla təqdim olunan bu əsərdə, müəllif məmləkətindəki bir sıra ictimai və siyasi məsələlərə toxunur, ölmüş Eşşəyin diliylə,xüsusən, səhiyyə xidmətinin yarıtmaz vəziyyətini öldürücü gülüşün hədəfinə çevirir.
▾ Lire la suite▴ Réduire
Disponible à l'échange
0Personne ne propose cet échange pour l'instant.
Me prévenir quand disponibleAvis
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.