Connectez-vous pour continuer — nous terminerons l’action pour vous. Pas de compte ? Inscrivez-vous
Metanoya
Description en turc
Saxta xoşbəxtlik maskasını çıxarıb atmaq, yoxsa illərdir oynadığın rola sadiq qalmaq?
Fərəh Əlisoy kənardan mükəmməl görünən bir həyat yaşayır. Lakin günlərin bir günü evinin zirzəmisində məhkum kimi saxlanılan Duyğu ilə qarşılaşması, beləliklə də, həyat yoldaşının xəyanətindən xəbər tutması və onun gerçək xislətini görməsi gənc qadının bütün həyatını yenidən sorğulamasına gətirib çıxarır. İndi o, əzablarla dolu olan keçmişinin sirlərini aşkara çıxarmalı və özünə etiraf etməkdən boyun qaçırdığı kabus kimi həqiqətlə üzləşməlidir. Dərin daxili böhran keçirən Fərəh bir-birinin ardınca ağlasığmaz hadisələrlə qarşılaşır və bir müddət sonra nəyin doğru, nəyin yalan olduğunu ayırd etməkdə çətinlik çəkir. İndi onun nicatı yalnız öz əlindədir. Fərəh simasına həkk etdiyi saxta xoşbəxtlik maskasını çıxarıb atacaq, yoxsa illərdir oynadığı rolu oynamaqda davam edəcək?
▾ Lire la suite▴ Réduire
Disponible à l'échange
0Personne ne propose cet échange pour l'instant.
Me prévenir quand disponibleAvis
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.