Connectez-vous pour continuer — nous terminerons l’action pour vous. Pas de compte ? Inscrivez-vous
Seçilmiş Əsərləri
Description en turc
Qədim Şəki şəhərində dünyaya göz açan, zamanla Azərbaycanın sərhədlərini aşaraq bütün Türk dünyasının Bəxtiyarına çevrilən Vahabzadənin poeziyası, dramaturgiyası, publisistikası, eləcə də ədəbi, ictimai-siyasi və pedaqoji fəaliyyəti bir amala xidmət edirdi. Bu amal – müstəqil, qalib və azad, hürriyyət və istiqlaliyyətinə sahib Azərbaycan idi. Bəxtiyar Vahabzadə düşüncə, idrak, həm də istiqlal şairi idi. Onun “İstiqlal” ordeninə layiq görülən ilklərdən olması da təsadüfi deyil. Bütün yaradıcılığı xalqının işıqlı sabahına yönələn şairin poeziyası həm də Azərbaycanın keşməkeşli və şanlı tarixini ifadə edirdi. “Bilmirəm bu millətə vəkil etdi kim məni?!” – deyib özünü xalqın bütün taleyüklü məsələlərində məsul sayan şairin seçilmiş əsərlərindən ibarət olan bu kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2025-ci il tarixli sərəncamına – “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi”nə bir töhfədir.
▾ Lire la suite▴ Réduire
Disponible à l'échange
0Personne ne propose cet échange pour l'instant.
Me prévenir quand disponibleAvis
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.