📚 La comunità globale di scambio libri
Sərçəcik — Cahit Zarifoğlu

Sərçəcik

Editore Qədim Qala Nəşriyyatı
Anno 2026
Pagine 96 pagine
ISBN 9789952558531
Lingua turco
Categoria Bambini

Descrizione in turco

Sanki dünyada kiçik bir oyun qurğusu var... Anlamadığım bir nizam var, pozulmayan nizam. Bunlar əbəs yerə deyil. Nə etsəm də, baş verəcəklərin qarşısını ala bilmərəm. Bununla belə, mənimlə bağlı işlərdə öhdəmə düşən, mənə həvalə edilmiş nələrsə var. Budur, bunun ən bariz nümunəsini indi yaşayıram. Nişangahdayam. Sanki hər şey bitib, bitə bilər, amma bitməyə də bilər və qətiyyən qarışa bilməyəcəyim belə bir anda yenə də məndən asılı olan bir şey var. Kiçik iradə payımı işə salmalıyam... Balaca bir sərçə sizə həyatınızı xilas edəcəyini desəydi, inanardınızmı? Yoxsa, ovçu kimi bunu məzəli sayıb gülərdiniz? "Sərçəcik" uşaq kimi saf düşüncəli balaca sərçə ilə qəddar ovçunun hekayəsidir. Sadə görünən bu qarşılaşma getdikcə bir macəraya, daha sonra isə səssiz qarşıdurmaya çevrilir. Hekayə sakit başlayır, dərin çay kimi insanı ağuşuna alıb düşüncə aləminə aparır. Sərçəciyin dilindən səslənən fikirlər dünyanın möhtəşəm nizamına, hər gün gördüyümüz mənzərələrin gizli qatlarına diqqət çəkir. Cahid Zarifoğlu bu hekayə ilə oxucunu sürükləyici, amma səs-küydən, qarğaşadan uzaq məna səyahətinə dəvət edir. Zərif poetik üsluba və gizli hikmətlərə malik əsər hər yaşdan oxucuya xitab edir. Bu xüsusiyyətləri ilə "müasir nağıl" kimi məşhurlaşmış "Sərçəcik” əsəri türk ədəbiyyatında özünəməxsus yer tutur.

▾ Leggi tutto

Disponibile per scambio

0

Nessuno propone questo scambio al momento.

Avvisami quando disponibile

Libri simili