Connectez-vous pour continuer — nous terminerons l’action pour vous. Pas de compte ? Inscrivez-vous
Sərçəcik
Description en turc
Sanki dünyada kiçik bir oyun qurğusu var...
Anlamadığım bir nizam var, pozulmayan nizam. Bunlar əbəs yerə deyil. Nə etsəm də, baş verəcəklərin qarşısını ala bilmərəm.
Bununla belə, mənimlə bağlı işlərdə öhdəmə düşən, mənə həvalə edilmiş nələrsə var. Budur, bunun ən bariz nümunəsini indi yaşayıram. Nişangahdayam. Sanki hər şey bitib, bitə bilər, amma bitməyə də bilər və qətiyyən qarışa bilməyəcəyim belə bir anda yenə də məndən asılı olan bir şey var. Kiçik iradə payımı işə salmalıyam...
Balaca bir sərçə sizə həyatınızı xilas edəcəyini desəydi, inanardınızmı? Yoxsa, ovçu kimi bunu məzəli sayıb gülərdiniz?
"Sərçəcik" uşaq kimi saf düşüncəli balaca sərçə ilə qəddar ovçunun hekayəsidir. Sadə görünən bu qarşılaşma getdikcə bir macəraya, daha sonra isə səssiz qarşıdurmaya çevrilir. Hekayə sakit başlayır, dərin çay kimi insanı ağuşuna alıb düşüncə aləminə aparır. Sərçəciyin dilindən səslənən fikirlər dünyanın möhtəşəm nizamına, hər gün gördüyümüz mənzərələrin gizli qatlarına diqqət çəkir.
Cahid Zarifoğlu bu hekayə ilə oxucunu sürükləyici, amma səs-küydən, qarğaşadan uzaq məna səyahətinə dəvət edir. Zərif poetik üsluba və gizli hikmətlərə malik əsər hər yaşdan oxucuya xitab edir. Bu xüsusiyyətləri ilə "müasir nağıl" kimi məşhurlaşmış "Sərçəcik” əsəri türk ədəbiyyatında özünəməxsus yer tutur.
▾ Lire la suite▴ Réduire
Disponible à l'échange
0Personne ne propose cet échange pour l'instant.
Me prévenir quand disponibleAvis
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.