Inicie sessão para continuar — concluímos a ação por si. Não tem conta? Registe-se
Bənövşəyi İnək
Descrição em turco
Ənənəvi marketinq daha işləmir… Keçmişdə mükəmməl işləyən “reklam – distribüterlərə paylama – satış – reklam…” qapalı dövrəsi artıq işə yaramır. Nə etməli? Reklam eləməyi dayandır, innovasiya tətbiq etməyə başla. Sənin etməli olduğun – öz brendini qeyri-adi məhsula və ya xidmətə çevirməkdir. Marketinq qurusu və bestsellerlər müəllifi Set Qodinin təqdim etdiyi bu kitab çox sadə bir mesaj verir. Qeyri-adi ol. “Bənövşəyi İnək” iddia edir ki, əmtəələrin və reklamın bugünkü hiper-qarmaqarışıqlığı şəraitində vəziyyətdən qurtulmağın yeganə yolu yeni bir şey, innovasiya, unikallıq və müstəsnalıqdır, – bənövşəyi inək kimi bir fenomen.
Set Qodinin bu çağırışı biznes yazıçıları, marketinq mütəxəssisləri, reklamçılar, sahibkarlar, istehsal menecerləri – bir sözlə, dünyaya deməyə sözü olan hər kəs üçün heç vaxt bu qədər yerində və uyğun olmayıb. Set Qodin innovasiya vasitəsilə brendinizin “xariqüladələşməsi” üçün praktiki ipucu verir və bunu tamamilə konkret, real və məşhur şirkətlərin misallarında göstərir.
▾ Ler mais▴ Ocultar
Disponivel para Troca
0Ninguem esta oferecendo esta troca agora.
Avisar quando disponívelAvaliacoes
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.