Войдите, чтобы продолжить — мы завершим действие за вас. Нет аккаунта? Зарегистрируйтесь
Çərçivə
Описание на турецком
Ev tapşırığını hazırladığın yerdə FTB-nin direktoru SMS yazıb səndən kömək istəyir… Neyləyərsən: dərsini oxuyarsan, yoxsa ölkəni xilas edərsən? Sən Florian Beyts olsan, çalışarsan ki, hər ikisinə vaxt tapasan. Florian paytaxt Vaşintqona yenicə köçüb. O özünün yaratdığı BXFN-dən, yəni Bütün Xırda Faktlar Nəzəriyyəsindən yararlanaraq yeni həqiqətlər üzə çıxarır, həyatın kiçik müəmmalarını açır, ilk dərs günündə hansı partada oturacağını, ən yaxşı yumurta dürməyinin hansı Çin restoranında verildiyini müəyyənləşdirir. Florian bu nəzəriyyəsini dostu Marqaretə də öyrədir və onlar birlikdə dolaşıq bir müəmmanı açırlar. Söhbət Milli İncəsənət Qalereyasında baş vermiş böyük cinayətin açılmasından gedir. İşin içində Şərqi Avropa Liqası deyilən bədnam cinayətkar qrup da var. Görəsən Florian həm cinayət işini açmaqda FTB-yə kömək edə, həm də dərslərini oxuyub çatdıra biləcəkmi? Cinayətkar dəstə ona imkan verəcəkmi?
▾ Читать далее▴ Свернуть
Available for Swap
0Nobody is offering this for swap right now.
Сообщить, когда появитсяОтзывы
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.