Войдите, чтобы продолжить — мы завершим действие за вас. Нет аккаунта? Зарегистрируйтесь
Qanlı İllər
Описание на турецком
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə “Qanlı Sənələr” adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun “Tazə həyat” qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. Əsər XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir.
▾ Читать далее▴ Свернуть
Available for Swap
0Nobody is offering this for swap right now.
Сообщить, когда появитсяОтзывы
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.