📚 Küresel kitap takas topluluğu
İliada — Homeros

Devam etmek için giriş yapın — işleminiz tamamlanacak. Hesabınız yok mu? Kaydolun

İliada

Yayıncı Qanun Nəşriyyatı
Yıl 2025
Sayfa 568 sayfa
ISBN 9789952586107
Dil Türkçe
Kategori Şiir

Əfsanəvi yunan şairi, qocaman kor ozan Homerin “İliada” əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi və dərin məzmun, habelə yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Dünya ədəbiyyatının şöhrət qazanmış ən qədim əsərlərindən biri sayılan bu möhtəşəm epik poema milli yunan əsəri olmaqla yanaşı, eyni zamanda bəşəriyyətin malıdır. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan “İliada” yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir. Xalqın bütün daxili qüvvələrini gərginləşdirib zahirə çıxaran, onun tarixində yeni bir dövr açaraq sonrakı həyatına təsir göstərən ümumxalq ölçüsündə bir müharibə – Troya müharibəsi “İliada”nın məzmununu təşkil edir. Homer özü Troya müharibələrinin müasiri olmadığı halda, İlionun dağıdılmasının gurultusunu bütün varlığı ilə duymuşdur. Odur ki, müəllif təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür. “İliada” qəhrəmanları müəyyən şəraitdə öləcəklərini qəti surətdə yəqin etdikləri halda qarşılarına qoyduqları məqsəd uğrunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq və qəhrəmanlar dastanı kimi əbədi ad qazanmışdır.

▾ Devamını oku

Takasa Açık

0

Şu an takasa açan yok.

Takasa çıkınca haber ver

Yorumlar

Yorum yazmak için giriş yap

Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.

Aynı yazardan

Benzer kitaplar