Inicia sesión para continuar: completaremos la acción por ti. ¿No tienes cuenta? Regístrate
İliada
Descripción en turco
Əfsanəvi yunan şairi, qocaman kor ozan Homerin “İliada” əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi və dərin məzmun, habelə yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Dünya ədəbiyyatının şöhrət qazanmış ən qədim əsərlərindən biri sayılan bu möhtəşəm epik poema milli yunan əsəri olmaqla yanaşı, eyni
zamanda bəşəriyyətin malıdır. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan “İliada” yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir. Xalqın bütün daxili qüvvələrini gərginləşdirib zahirə çıxaran, onun tarixində yeni bir dövr açaraq sonrakı həyatına təsir göstərən ümumxalq ölçüsündə bir müharibə – Troya müharibəsi “İliada”nın məzmununu təşkil edir. Homer özü Troya müharibələrinin müasiri olmadığı halda, İlionun dağıdılmasının gurultusunu bütün varlığı ilə duymuşdur. Odur ki, müəllif təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür. “İliada” qəhrəmanları müəyyən şəraitdə öləcəklərini qəti surətdə yəqin etdikləri halda qarşılarına qoyduqları məqsəd uğrunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq və qəhrəmanlar dastanı kimi əbədi ad qazanmışdır.
▾ Leer mas▴ Ver menos
Available for Swap
0Nobody is offering this for swap right now.
Avisarme cuando esté disponibleResenas
Bu kitaba henüz yorum yapılmamış. İlk yorumu sen yaz.